e-sual platformasında imtahan vermək çox sadədir. Aşağıdakı addımları izləyin.
Ana səhifədəki "Qeydiyyat" düyməsinə basın və tələbə kimi qeydiyyatı seçin. Ad, soyad, e-poçt ünvanınızı və şifrənizi daxil edin. E-poçtunuza bir təsdiq kodu göndəriləcək — həmin kodu daxil edərək hesabınızı təsdiqləyin. Bundan sonra hesabınız aktivdir və sistemə daxil ola bilərsiniz.
İmtahan qoşulmaq iki metodla mümkündür:
Bəzi imtahanlar ödənişlidir, bəziləri ödənişsiz. Əgər imtahan ödənişlidirsə, "Ödə və qoşul" düyməsinə basın. Kart məlumatlarınızı daxil edərək təhlükəsiz ödənişi tamamlayın. Ödəniş uğurlu olduqda imtahana giriş açılır. Ödənişsiz imtahanlarda birbaşa başlaya bilərsiniz.
"İmtahana başla" düyməsinə basdıqda vaxt işə düşür və geri sayım başlayır. Sualları bir-bir cavablayın. Verdiyiniz cavablar avtomatik olaraq yadda saxlanılır — heç bir düyməyə basmağa ehtiyac yoxdur. İnternet bağlantınız kəsilsə belə, cavablarınız cihazınızda qorunur və bağlantı qayıdanda göndərilir.
Bütün sualları cavabladıqdan sonra "Təhvil ver" düyməsinə basın. Əgər vaxt bitərsə, imtahan avtomatik təhvil verilir. Təhvildən sonra cavablarınız qiymətləndirilir.
İmtahan bitən kimi nəticəniz göstərilir:
Nəticələrinizi istənilən vaxt "Nəticələrim" bölməsində yenidən görə bilərsiniz.
Əgər müəllim imtahan üçün təltifnamə həddi təyin edibsə və siz o həddi keçmisinizsə, nəticə səhifəsindən təltifnamənizi (sertifikat) yükləyə bilərsiniz. Təltifnamədə adınız, imtahanın adı və topladığınız bal göstərilir.