Cavab təhliliDoğru, səhv və boş cavabların dəqiq nisbəti
İnkişaf izləməAylar üzrə nəticələrinin yüksəlişi
TəltifnaməYüksək nəticə göstərən tələbələrə rəsmi sənəd
Tez-tez verilən suallar
Necə qeydiyyatdan keçə bilərəm?
Ana səhifədəki "Qeydiyyat" düyməsinə basın və müəllim kimi qeydiyyatı seçin. Ad, soyad, e-poçt, şifrə və tədris etdiyiniz fənn kimi məlumatları daxil edin. E-poçtunuza göndərilən təsdiq kodunu daxil edərək hesabınızı aktivləşdirin.
İmtahana necə qoşulum?
Tələbə kimi qeydiyyatdan keçərək "İmtahanlar" səhifəsindən qoşula bilərsiniz.
İmtahan qoşulmaq iki metodla mümkündür:
Kodla qoşulma: müəlliminiz sizə 8 rəqəmdən ibarət bir imtahan kodu verəcək (məsələn: 48213705). Sistemə daxil olduqdan sonra "İmtahana qoşul" bölməsində bu kodu yazın. Kod düzgündürsə, imtahan haqqında məlumat açılacaq: imtahanın adı, sual sayı, müddəti və (əgər varsa) qiyməti.
Siyahıdan seç: sistemə daxil olduqdan sonra "İmtahana qoşul" bölməsində "İmtahanlar" siyahısından istədiyiniz imtahanı seçərək tələb olunan ödənişi etməklə imtahan qoşulacaqsınız.
Müəllim üçün paket nədir?
Paket müəyyən sayda imtahan, sual və tələbə yeri verən ödənişli abunədir. Paketlə yaradılan imtahanlara tələbələr ödənişsiz qoşulur. Yeni paket aldıqda qalıq sıfırlanır.
Ödənişi necə edirəm?
Ödənişlər istənilən bank kartı ilə Kapital Bank vasitəsilə edilir. Ödənişdən sonra imtahan və ya paket avtomatik aktivləşir. Çətinlik olarsa əlaqə forumu vasitəsilə bizə yazın.
Nəticəmi nə vaxt görə bilərəm?
Test sualları imtahanı bitirən kimi avtomatik yoxlanılır və nəticə dərhal görünür. Açıq (yazılı) suallar müəllim tərəfindən yoxlanıldıqdan sonra nəticəyə əlavə olunur. Bundan başqa "Nəticələrim" bölməsində istənilən zaman nəticələrinizlə tanış ola bilərsiniz.
Müəllim olaraq bu platforma mənə nə qazandıracaq?
Üç yolla maddi qazanc əldə edə bilərsiniz.
1. TƏLƏBƏ ÖDƏYİR - bu zaman hər tələbənin ödəyəcəyi məbləği siz təyin edirsiniz. Hər tələbə imtahana qoşulmaq üçün təyin etdiyiniz qiyməti ödəyir. Bu gəlir sizinlə platforma arasında bölünür. Bu seçimi etdiyinizdə imtahanın əsas ekranda görünüb görünməməsini seçim etməlisiniz və bunun üçün əlavə simvolik ödəniş tələb olunur. Əgər imtahan ekranda görünməyəcəksə bu zaman sizin təklif edəcəyiniz kodla daxil olunacaq və tələbə o zaman ödəniş edərək davam edəcək.
2. MÜƏLLİM ÖDƏYİR - bu zaman siz iştirakçı yerlərinin sayını müəyyən edib əvvəlcədən alırsınız (məsələn, 30 tələbəlik), hər 1 tələbə yeri üçün 1 azn olmaqla müəllim ödəniş edir. Yaratdığınız imtahanın kodunu təqdim etdiyiniz tələbələr isə ödənişsiz qoşulur (imtahan kodunu tələbələrə hansısa ödənş qarşılığında da təqdim edərək əlavə gəlir əldə edə bilərsiniz).
3. Müəllim ABUNƏ PAKET-lərdən birini seçməklə daha uyğun qiymətə imtahan yarada bilir və eyni qaydada imtahan kodunu tələbəyə istənilən qiymətə təklif edməklə əlavə qazanc əldə edir.
Abunə paketləri siyahısından sizə uyğun olan paketi seçib abunə haqqını ödəməklə seçdiyiniz paketin təklif etdiyi xidmətlərdən istifadə edirsiniz. Əgər seçdiyiniz paketə daxil olan xidmətlərdən hansısa bitərsə o zaman digər seçimlərdən də istifadə edə bilərsiniz. 14 günlüq ödənişsiz paket mövcuddur.
QEYD: müəllim ödəyir seçimi zamanı İlk 2 imtahanınız ödənişsizdir, hər iki imtahanda 100 iştirakçıya qədər ödəniş etmirsiniz. İştirakçı sayı 100 dən çox olduqda isə yalnız çox olan saya müvafiq ödəniş tələb olunur.
QEYD: imtahan kodları hər imtahan üçünü ümumi və ya imtahandakı tələbə sayına müvafiq olaraq hər tələbəyə ayrıca kod olmaqla əldə edilə bilinir.
Sualları necə əlavə edə bilərəm?
Fənlərin əlavə edilməsi:
İmtahanınıza fənlər əlavə edin (məsələn: Riyaziyyat, Fizika, Kimya). Hər fənn üçün bir sualın neçə bal olduğunu təyin edə bilərsiniz — beləcə fərqli fənlərə fərqli çəki verə bilərsiniz.
Fənn əlavə etmək iki fərqli yerdə mümkündür:
Sual bankı bölməsinə daxil olaraq yeni sual yaradarkən fənn seçin yazısına klik edərək yeni fənn yazısını seçirsiniz. Bu zaman yeni fənn adı adlı xana açılır və həmin xanaya sualı əlavə edəcəyiniz fənnin adını daxil edib davam edirsiniz. Beləliklə həm sual yaratmış, həm də fənn yaratmış olursunuz. Sonrakı sual yaradarkən fənn seçin yazısına klik etdikdə artıq yaradılmış fənnlərin siyahısı görünəcəkdir.
İmtahan bölməsində daxil olaraq fənlərə keçid et yazısına klik etməklə açılan xanaya yaratmaq istədiyiniz fənnin adını yazıb əlavə et yazısına klik etməklə və növbəti fənni əlavə etmək üçün yuxarıda yaşıl rəngdə olan yeni fənn əlavə et yazısına klik etməklə eyni qaydada fənn əlavə etmək mümkündür.
Sualların əlavə edilməsi:
Hər fənnə suallar əlavə edin. Üç növ sual dəstəklənir:
Çoxvariantlı: Bir neçə variant, biri düzgün.
Doğru-yanlış: İki variantlı sadə suallar.
Açıq cavab: Tələbə cavabı özü yazır. Cavabı müəllim öz şəxsi səhifəsində açıq suallar adlı bölməyə daxil olub yoxlayır.
QEYD: sual yaradarkən foto əlavə etməklə fotolu suallar da yaratmaq mümkündür.
Hər sualın düzgün cavabını qeyd etməyi unutmayın. Cavablardan sonrakı bölmədə suallın izahı və mənbəyini göstərmək mümkündür. Bu tələbələrə sual haqqında ətraflı məlumat alaraq öyrənməyə imkan verəcək.